Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Xəbərlər

14.04.2024 - 11:52

Əvvəllər məhkum olunmuş şəxslər saxlanılıblar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıblar.

Onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az