Müxalifət İrəvanda yenidən yürüşə başlayıb

Dünya

10.05.2022 - 02:36

Müqavimət hərəkatının lideri növbəti gün üçün planları müzakirə edəcəyini bildirib

Ermənistanda müxalifətin yürüşü bütün paytaxt boyunca davam edib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər İrəvanın Fransa meydanından yürüşə başlayıb. Nümayişçilər Baqramyan prospektinə qədər yürüş ediblər. Daha sonra Proşyan küçəsinə gedərək oradan geri qayıdacaqlar. Müqavimət hərəkatının lideri İxşan Saqatelyan növbəti gün üçün planları müzakirə edəcəyini bildirib.

Qeyd edək ki, Erməmənistanda müxalifətin mitinqi mayın 2-dən başlayıb.

Müəllif: Ayna.az