Müharibədən sonra minaya düşərək həlak olanların sayı açıqlanıb

Xəbərlər

09.12.2021 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub

İşğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olanların və xəsarət alanların sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. 

109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş