MN: Azərbaycan Ordusu tərəfindən guya qarşı tərəfə atəş açılması barədə məlumat yalandır
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfə atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.