"Moskva" kreyserində yanğın lokallaşdırılıb

Dünya

14.04.2022 - 15:55

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Qara dənizdəki "Moskva" kreyserində yanğın lokallaşdırılıb. AYNA "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

""Moskva" kreyserində açıq yanğın yoxdur. Sursatların partlaması dayandırılıb. Kreyser üzmə qabiliyyətini qoruyub saxlayır. Əsas raket silahı zədələnməyib", - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, kreyserin ekipajı ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib.

"Kreyserin limana yedəklənməsi üçün tədbirlər görülür. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir", - qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş