İkinci turda hazırkı Prezident Maya Sandu ilə Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo yarışır
Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçirilir. AYNA-nın Moldova mediasına istinadən məlumatına görə, seçkilərin ikinci turunda hazırkı Prezident Maya Sandu ilə Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo yarışır.
Xatırladaq ki, oktyabrın 20-də keçirilən seçkilərin birinci turunda 11 namizəd iştirak edib. Sandu 42,49%, Stoyanoqlo isə 25,95% səs toplayıb.