Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək

Dünya

02.08.2024 - 21:19

cedabet dərman SEO Xidməti

Təlimlərə Milli Ordunun hərbi-texniki bölmələri və artilleriya sistemləri cəlb olunacaq

Moldova, Rumıniya və ABŞ hərbçiləri Moldovadakı poliqonlarda birgə “Scutul de foc-2024” (“Atəş qalxanı-2024”) təlimləri keçirəcək.

AYNA xəbər verir ki, bu barədə Moldovanın Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.

“Təlimlər əməliyyat imkanlarını inkişaf etdirmək və iştirakçı personalın qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır”, - məlumatda bildirilib.

Müdafiə Nazirliyindən əlavə ediblər ki, təlimlərə Milli Ordunun hərbi-texniki bölmələri və artilleriya sistemləri cəlb olunacaq. Təlimlər milli ordunun cari ilin hazırlıq planına uyğun olaraq avqustun 5-dən 23-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş