Misirdə 33 antik qəbir aşkarlanıb

Dünya

25.06.2024 - 10:59

Həkimlər Klinikalar SEO Xidməti

Əsvan regionunda qədim dövrə aid ailəvi qəbir aşkar edilib

Misirin Əsvan regionunda qədim dövrə aid 33 ailəvi qəbir aşkar edilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyi məılumat yayıb.

Bildirilib ki, Misir-İtaliya birgə arxeoloji missiyasının tapdığı qəbirlər eradan əvvəl 712-332-ci illərə aiddir.

Qəbirlərdəki mumiya qalıqları həmin dövrdəki xəstəliklər barədə dolğun məlumat əldə etməyə imkan verəcək. arxeoloji missiyanın İtaliya tərəfindən rəhbəri, Milan Universitetinin professoru Patrisiya Pyasentini bildirib ki, “bəzi mumiyalarda anemiya, pis qidalanma, vərəm, osteoporoz və ağciyər xəstəliklərinin əlamətləri aşkar edilib.

Müəllif: Ayna.az