Mirzoyan: “İrəvanla Ankara arasında konkret razılaşmalar əldə olundu”

Dünya

16.02.2023 - 14:59

cedabet dərman SEO Xidməti

“Ermənistan-Türkiyə sərhədinin açılması üçün prosesləri sürətləndirmək qərarı var”

“Biz ikitərəfli münasibətlərin bəzi məsələlərini müzakirə etdik və İrəvanla Ankara arasında konkret razılaşmalar əldə olundu”. AYNA xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında Türkiyəyə səfərindən danışarkən deyib.

“Sərhədin nəhayət açılması üçün dialoqu və gedən prosesləri sürətləndirmək qərarı var. Tarixi Ani körpüsünün bərpası üçün birlikdə çalışacağımız elan edildi”, Mirzoyan əlavə edib.

XİN başçısı qeyd edib ki, turizm mövsümü başlamazdan əvvəl Ermənistan-Türkiyə sərhədi boyunca üçüncü ölkə vətəndaşları üçün maneəsiz gediş-gəlişin yaradılması nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş