“İrəvan ötən həftə Bakıya sülh müqaviləsi layihəsi üzrə altıncı təkliflər paketini təqdim edib”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa məsələləri üzrə dövlət naziri Lorens Bun ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması, sülh sazişi ilə bağlı məsələləri müzakirə edib. AYNA erməni mediasına istinadən bildirir ki, danışıqlar Skopyedə (Şimali Makedoniya) ATƏT Nazirlər Şurasının 30-cu sessiyası çərçivəsində baş tutub.
Mirzoyan Buna məlumat verib ki, İrəvan ötən həftə Bakıya sülh müqaviləsi layihəsi üzrə altıncı təkliflər paketini təqdim edib.