Xilasetmə qüvvələri meyitini aidiyyəti üzrə təhvil veriblər
Mingəçevirdə mənzildə meyit tapılıb. AYNA xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.