Mingəçevirdə kütləvi dava olub, ata və iki oğlu xəsarət alıb

Hadisə

28.04.2024 - 02:32

Zərərçəkən şəxslər xəstəxanaya yerləşdirilib

Mingəçevir şəhərində kütləvi dava olub, xəsarət alanlar var. AYNA-nın "Report"a istinadən məlumatına görə, şəhər sakinləri C.Qarayev və oğulları E.Qarayev və İ.Qarayev, həmçinin E.Abdullayev mübahisə zəminində kəsici alətlərlə xəsarətlər alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, C.Qarayev şəhər ərazisində rieltor fəaliyyəti ilə məşğuldur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az