Milli Məclisin komitə sədrlərinə yeni xidməti avtomobillər verilib - FOTO

Xəbərlər

30.11.2023 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Komitə sədrləri “Mercedes-Benz E 300” markalı avtomobillərdən istifadə edirlər

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib. AYNA-nın “Report”a istinadən məlumatına görə, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes-Benz E 300” markalı avtomobillərdən istifadə edirlər.

Hazırda parlamentin 15 komitəsi var.

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş