Milli Məclisdə vəfat edən deputatlar anıldı

Xəbərlər

02.10.2023 - 11:54

Qənirə Paşayeva və Madər Musayevin xatirəsi yad edilib

Milli Məclisin payız sessiyasının ilk iclasında bu il vəfat edən deputatlar – Madər Musayev və Qənirə Paşayevanın xatirələri bir dəqiqəlik sükutla yad edilib. AYNA xəbər verir ki, spiker Sahibə Qafarova ötən dövr ərzində Milli Məclisin həyatında kədərli hadisələrin olduğunu deyib.

Spiker bildirib ki, iyulun 14-də deputat Madər Musayev dünyasını dəyişib: “Həmçinin sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da haqq dünyasına qovuşub. Qənirə Paşayeva Milli Məclisin qanunvericilik və qanunyaratma prosesində yaxından iştirak edib. Məhrum həmkarlarımız haqqında düşünərkən Azərbaycan ziyalılarının nurlu obrazları canlanır".

Spiker təklif edib ki, Qənirə Paşayeva və Madər Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Qənirə Paşayeva və Madər Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müəllif: Ayna.az