Oktay Gülalıyevlə bağlı üzücü xəbər

Xəbərlər

08.11.2019 - 18:38

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyətində irəliləyiş yoxdur

 

AYNA xəbər verir ki, bununla bağlı məlumatı onun oğlu Təbriz Gülalıyev yayıb. 

 

T. Gülalıyev qeyd edib ki, atasının durumu hələ də ağırdır: 

 

“Süni nəfəs aparatından çıxarılmasına baxmayaraq koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair söz deməyiblər. Onu da qeyd edim ki, daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliəyiş yoxdur”.

 

***

 

O. Gülalıyevin digər oğlu Əli Gülalıyev də atasının vəziyyəti haqda açıqlama yayıb: 

 

“Təəssüf ki, pis xəbər paylaşacam sizinlə!

 

Dünən atam Oktay Gülalıyevi KT-dən keçirdilər və bu gün nəticələri dedilər. Həkimin dediyinə görə, atamın beynində 3 hüceyrə tamamilə zədələnib. Bərpası mümkün olmayacaq. İndən sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Komadan 6 ayamı, 3 iləmi çıxacaq heç kim deyə bilməz. Ancaq gözü ilə həyata baxacaq, başqa heç nə”.

 

Xatırladaq ki, Oktay Gülalıyev ötən ayın 29-da, 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib.

 

Müəllif: Ayna.az