Milli Məclisdə Türkiyə ilə bağlı daha bir sənəd təsdiqlənib

Xəbərlər

15.02.2022 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycan və Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilib

“Azərbaycan və Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilib. 

AYNA xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında qərar verilib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişə əsasən, tərəflər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda Tərəflərin ticarət əlaqələrinin mövcud potensialının artırılması nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş