Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edəcək: Komissiya yaradıldı

Xəbərlər

16.11.2022 - 16:13

cedabet dərman SEO Xidməti

Spiker: “Son iki ildə Fransa parlamenti ölkəmiz barədə ədalətsiz mövqeyini bir neçə dəfə nümayiş etdirib”

“Son iki ildə Fransa parlamenti ölkəmiz barədə ədalətsiz mövqeyini bir neçə dəfə nümayiş etdirib”. AYNA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda deyib.

“Fransanın icra və qanunverici orqanlarının Azərbaycana qarşı qərəzli mövqeyini dəfələrlə müşahidə etmişik. 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamalar, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq. Son iki ildə Fransa parlamenti ölkəmiz barədə ədalətsiz mövqeyini bir neçə dəfə nümayiş etdirib. Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiyadır”, - deyə spiker qeyd edib.

Spiker təklif edib ki, Milli Məclisdə Fransa Senatının qətnaməsi ilə bağlı bəyanatla əlaqədar komissiya yaradılsın.

Komissiyanın sədri Səməd Seyidov, üzvləri Zahid Oruc, Asim Mollazadə, Sədaqət Vəliyeva, Ramin Məmmədov və Sabir Hacıyev olublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş