Senatın təxribatına cavab vermək üçün komissiya yaradılıb
Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının Azərbaycana qarşı təşkil etdiyi dinləməyə etiraz edilib.
AYNA xəbər verir ki, Milli Məclisdə Fransa Senatının təxribatına cavab üçün bəyanat hazırlanması təklifi irəli sürülüb.
Bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.
Milli Məclisin vitse-spikeri Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri deputatlar Ziyafət Əsgərov, Elşən Musayev, Əziz Ələkbərli və Sevil Mikayılova bəyanat layihəsini hazırlasın.