Messi Asturiya Şahzadəsi Mükafatına layiq görülüb

Maraqlı

24.10.2026 - 12:57

Mükafatı "İnter Mayami"nin hücumçusuna şahzadə Leonor təqdim edib

Ulduz futbolçu Lionel Messi görkəmli karyerası və xeyriyyə fəaliyyətinə görə Asturiya Şahzadəsi Mükafatına layiq görülüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, mükafatı "İnter Mayami"nin hücumçusuna İspaniya taxt-tacının varisi, şahzadə Leonor təqdim edib.

Argentinalı futbolçu Asturiyasa həyat yoldaşı Antonella Rokuzzo ilə birlikdə gəlib. Lionelin həyat yoldaşı da mükafatlandırma mərasimində iştirak edib.

Asturiya Şahzadəsi Mükafatının əvvəlki laureatları arasında Mixael Şumaxer, Rafael Nadal, Xavi və Yelena İsinbayeva var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş