Məşhur amerikalı aktyordan ukraynalılara müraciət: "Dua edirik"

Dünya

03.03.2022 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

Mikki Rurk: "Ümid edirəm ki, bu bəla tezliklə bitər" 

Məşhur amerikalı aktyor və ssenarist Mikki Rurk Rusiyanın təcavüzündən əziyyət çəkən Ukrayna xalqına dəstək müraciəti ilə çıxış edib. AYNA-nın xarici mediaya istinadən məlumatına görə, aktyor ukraynalılar üçün dua etdiyini bildirib. 

"Bu, Mikkidir. Əziz ukraynalılar, mən sizin haqqınızda nə düşündüyümüzü demək istəyirəm. Biz bütün ukraynalılar üçün dua edirik. Ümid edirəm ki, bu bəla tezliklə bitər", - Rurk deyib.

Ssenaristin videomüraciətində köməkçisi Dmitri Korneyçuk da danışıb. Korneyçuk Nikolayevdən olduğunu və Ukrayna ilə bağlı xəbərləri birlikdə izlədiklərini deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş