Merkel xatirələrini yazıb: sabiq kansler memuar üzərində işi başa çatdırıb

Dünya

10.10.2024 - 11:41

Həkimlər Klinikalar SEO Xidməti

Təxminən 700 səhifəlik kitab “Azadlıq. 1954-2021-ci illər xatirələri” adlanır

Almaniyanın sabiq kansleri, 70 yaşlı Angela Merkel siyasi karyerası ilə bağlı xatirələrini qələmə alıb və memuar üzərində işi yekunlaşdırıb. AYNA xarici mediaya istinadən bildirir ki, memuar üzərində Merkellə birlikdə onun uzun müddət katibi olan Beate Baumann da işləyib.

Təxminən 700 səhifəlik kitab “Azadlıq. 1954-2021-ci illər xatirələri” adlanır.  

Kitab “Kiepenheuer & Witsch” nəşriyyatı tərəfindən nəşr olunacaq və noyabrın 26-da Berlində keçiriləcək rəsmi təqdimatdan sonra ictimaiyyətə təqdim olunacaq.

Təqdimat mərasimi böyük ictimai tədbir olacaq və “Deutsches Theatre”da baş tutacaq. Bilet satışına bu gündən başlanılıb.

Bildirilir ki, Merkelin memuarı 30-dan çox ölkədə satışa çıxarılacaq.

Xatırladaq ki, Angela Merkel ilk dəfə 1990-cı ildə Bundestaqın üzvü olub. 2000-2018-ci illərdə isə sağçı mühafizəkar Xristian Demokratik Birlik Partiyasının lideri olub. On altı il ərzində, 2021-ci il seçkilərinə qədər Merkel Almaniyanın kansleri olub və öz seçimi ilə bir daha namizəd olmamaq qərarına gəlib.

Merkel işlədiyi müddətdə Avropanın və dünyanın ən nüfuzlu siyasətçilərindən biri hesab olunurdu.

Müəllif: Ayna.az