Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə edib

İdman

26.01.2022 - 21:46

Həkimlər Klinikalar SEO Xidməti

Məmmədyarov 3-cü pillədə qərarlaşıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

AYNA-nın məlumatına görə, 37 yaşlı qrossmeyster X turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Məmmədyarov 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş