"Şalke" doğma meydanda 3 xal itirdi

İdman

24.05.2020 - 23:27

Klub "Auqsburq"a 0:3 hesabı ilə məğlub olub

 

Futbol üzrə Almaniya çempionatının 27-ci turunda "Şalke" "Auqsburq"u qəbul edib. AYNA xəbər verir ki, oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyunda qolları Eduard Löven (6-cı dəqiqə), Noa-Joel Sarenren-Baze (76-cı dəqiqə) və Serxio Kordova (90-cı dəqiqə) vurublar.

 

Qeyd edək ki, digər oyunlarda olduğu kimi "Şalke" - "Auqsburq" matçında da koronavirusdan ölənlər bir dəqiqəlik sükutla yad edilib.

Müəllif: Ayna.az