“Real” böyük hesabla uduzub

İdman

09.11.2020 - 07:34

Həkimlər Klinikalar SEO Xidməti

İspaniya La Liqasında IX tur başa çatıb

 

İspaniya La Liqasında IX tur başa çatıb. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, son gündə 5 oyun olub.

 

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal” “Xetafe”nin qonağı olub. La Liqanın son beş matçında məğlub olmayan Unay Emerinin kollektivi 3 xalı 3 qolla əldə edərək, ənənəsinə sadiq qalıb.

 

Lider “Real Sosyedad” mövsümə iddialı başlayan “Qranada”nı ilk hissədə vurduğu toplarla üstələyib.

 

Tura “Mestalya”da yekun vurulub. Mövsümə uğursuz start götürən və qələbə üzü görmədiyi son 4 oyunun 3-də məğlub olan “Valensiya” çempion “Real”ı qəbul edib. Karlos Solerin penalti qolları ilə het-trikə imza atdığı qarşılaşmada “kral klubu”nu böyük hesabla üstələyən “yarasalar” uğursuz seriyaya son qoyublar.

 

Qeyd edək ki, noyabrın 20-22-də X turun oyunları keçiriləcək.

 

İspaniya La Liqası

IX tur

8 noyabr

“Xetafe” – “Vilyarreal” – 1:3

Arambarri, 16 – Alkaser, 11, Trigeros, 17, Xerar Moreno, 62

“Real Sosyedad” – “Qranada” – 2:0

Monreal, 22, Oyarzabal, 27 (pen.)

“Levante” – “Alaves” – 1:1

Morales, 51 – Peres, 4

“Valyadolid” – “Atletik” – 2:1

Orelyana, 19 (pen.), Andre, 48 – Villiams, 86 (pen.)

“Valensiya” – “Real” – 4:1

Soler, 35 (pen.), 54 (pen.), 63 (pen.), Varan, 43 (avtoqol) – Benzema, 23

Müəllif: Ayna.az