Məhv edilmiş Rusiya tanklarının sayı 1 500-ə çatır

Aktual

21.06.2022 - 12:59

Ukrayna Baş Qəragahı: Döyüşlər nəticəsində Rusiyanın 34 mindən çox hərbçisi zərərsizləşdirilib

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub. AYNA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 34 100 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 496 ədəd tankı, 3 606 ədəd zirehli döyüş maşını, 752 ədəd artilleriya sistemi, 239 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 98 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 181 ədəd helikopteri, 2 537 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 611 ədəd dronu, 137 qanadlı raket və 59 ədəd xüsusi texnikası məhv edilib.

 

Müəllif: Ayna.az