Azərbaycan Ordusu Ermənistana S-300 xəbərdarlığı edib

Aktual

29.09.2020 - 15:48

Vaqif Dərgahlı: “Onları da məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir”

 

“Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq, işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir”. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

 

“Bildiririk ki, onları da ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir. Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır”, - deyə polkovnik qeyd edib.

Müəllif: Ayna.az