Saxlanılan erməni komandir etiraf etdi - <font color=red> VİDEO</font>

Aktual

26.08.2020 - 17:11

Alaverdyan kəşfiyyat tapşırığı ilə Azərbaycan tərəfə keçdiyini deyib

 

Avqustun 23-də Goranboy rayonu istiqamətində təxribata cəhd edərkən saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurgen Alaverdyan açıqlama verib.

 

AYNA-nın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbərinə görə, zərərsizləşdirilən erməni zabiti özü haqqında geniş məlumat verərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatdan danışıb.

 

Q.Alaverdyan Ermənistan Silahlı Qüvvələrində qulluq etdiyini və kəşfiyyat tapşırığı ilə Azərbaycan tərəfə keçdiyini etiraf edib.

 

Qeyd edək ki, avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.

Müəllif: Ayna.az