Birinci vitse-prezident: "Sizinlə qürur duyuram!"
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.
AYNA xəbər verir ki, təbrikdə bildirilir:
"Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!".