Məhkəmə Paşinyana bəraət verib

Dünya

08.04.2022 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

Kassasiya Məhkəməsi Baş nazirin günahsız olduğunu elan edib 

Ermənistan Kassasiya Məhkəməsi aprelin 8-də keçirilən iclasında ölkənin hazırkı Baş naziri Nikol Paşinyana bəraət verib.
AYNA erməni mediasına istinadən bildirir ki, Kassasiya Məhkəməsinin qərarı ilə Paşinyana qarşı 2010-cu il hökmü ləğv edilib və Paşinyanın günahsızlığı elan olunub.

Qeyd edək ki, 2010-cu ildə Paşinyan iğtişaşların təşkilində ittiham edilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ermənistanın baş prokuroru Artur Davtyan Paşinyana bəraət verilməsi üçün Kassasiya Məhkəməsinə müraciət etmişdi.

2022-ci ilin yanvarında Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Paşinyan işi ilə bağlı qərar çıxararaq, onun sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarının pozulmasını tanıyıb.

Qeyd edək ki, 2008-ci il martın 1-də Ermənistanda baş verən iğtişaşlardan sonra Paşinyan axtarışa verilib və 2009-cu ildə yaxalanıb. 2010-cu ilin yanvarında hazırkı Baş nazir kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ilin mayında isə amnistiya aktı ilə azadlığa çıxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş