Məhkəmə islahatlarına qarşı etiraz edənlər Qüdsə əsas girişi bağlayıb

Dünya

27.03.2023 - 20:56

Polis əməkdaşlarına hücum etdiklərinə görə 3 etirazçı saxlanılıb

İsraildə məhkəmə islahatlarına qarşı etiraz edənlər Qüds şəhərinə əsas girişi bağlayıblar.

Bu barədə AYNA “The Times of Israel”ə istinadən xəbər verir.

Şəhərdə polis əməkdaşlarına hücum etdiklərinə görə 3 nəfər etirazçı saxlanılıb.

Qeyd edək ki, martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb. 600 mindən çox insan küçələrə axışıb

Müəllif: Ayna.az