Medvedyev: “Bu, qlobal fəlakətdir, Üçüncü Dünya müharibəsi deməkdir”

Dünya

22.02.2024 - 14:57

“Qərbin Rusiyanı sülhə məcbur etmək cəhdləri Üçüncü Dünya müharibəsinə səbəb ola bilər

“Qərbin Kiyevin şərtləri ilə Moskvanı sülhə məcbur etmək cəhdləri, o cümlədən Rusiyaya geri qaytarılan ərazilərin Ukraynaya verilməsi ilə bağlı bənd Üçüncü Dünya müharibəsinə və fəlakətə səbəb ola bilər”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında sabiq Prezident, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedev qeyd edib ki, Qərb analitiklərinin əhəmiyyətli bir hissəsi artıq pərdə arxasında Qərb nümayəndələrinə Rusiyanın hərbi yolla qələbəsinin qarşısının alınmasının vacibliyi barədə siqnal verirlər. Moskvanın qələbəsinin qarşısını almaq nə deməkdir? Kiyev hansı şərtlərlə danışır? Yəni referendum nəticəsində Rusiyaya daxil edilmiş ərazilərimizi və Federasiya subyektlərimizi Rusiyadan almaq istəyirlər? Aydındır ki, bu, qlobal fəlakətdir. Bu, real, tam hüquqlu Üçüncü Dünya müharibəsi deməkdir”, - Medvedev vurğulayıb.

Müəllif: Ayna.az