Medinski: “Rusiya Ukrayna ilə danışıqlara hazırdır”

Dünya

23.05.2022 - 03:42

Həkimlər Klinikalar SEO Xidməti

“Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkidirmək üçün yox”

Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin danışıqları dondurmaq təklifi hər dəfə Kiyevdən gəlib.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Belarusun ONT kanalına müsahibəsində Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.

“Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkidirmək üçün yox” – deyə Medinski vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş