NATO ölkələri və İsveçin müdafiə idarələrinin rəhbərləri arasında videokonfrans keçirilib
NATO mayın 10-da Brüsseldə alyansa daxil olan ölkələrin müdafiə nazirlərinin toplantısını keçirəcək. Qərar NATO ölkələri və İsveçin müdafiə idarələrinin rəhbərləri arasında keçirilən videokonfrans zamanı qəbul edilib.
AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə alyansın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Vurğulanır ki, nazirlərin videokonfransı “NATO-nun kollektiv müdafiəsi çərçivəsində hərbi planlaşdırma üzrə davam edən işlərin müzakirəsinə” həsr olunub. Bu işlər NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq çərçivəsində həyata keçirilir.