Masallıda narkotikə görə 12 nəfər saxlanılıb

Xəbərlər

09.03.2023 - 21:49

cedabet dərman SEO Xidməti

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılıb.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

"Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş