Mariya Stadnik doqquzqat Avropa çempionu olub

İdman

20.04.2023 - 23:48

Həkimlər Klinikalar SEO Xidməti

Stadnik 9-cu dəfə Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

AYNA-nın məlumatına görə, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib.

Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.

55 kq-da Elnurə Məmmədova və 59 kq-da Alyona Kolesnik isə 3-cü yer uğrunda görüşlərdə uduzaraq, medalsız qalıblar.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 6 medalla komanda hesabında Avropa çempionu olublar. Yarış aprelin 23-də başa çatacaq.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş