Türkiyəli futbolçu EPL yolunda

İdman

05.01.2020 - 01:28

Çingiz Öndər də daxil olmaqla, bir neçə futbolçunun komandadan göndərilməsi nəzərdə tutulub

 

Türkiyə milli komandasının üzvü Çingiz Öndər İngiltərə Premyer Liqasına (EPL) transfer oluna bilər. AYNA xəbər verir ki, türkiyəli ulduz futbolçu ilə EPL təmsilçisi "Tottenham" yaxından maraqlanır. 

 

Belə ki, futbolçunun hazırkı klubu "Roma" qış transfer pəncərəsində heyyətini gücləndirmək niyyətindədir. Bu baxımdan, Çingiz Öndər də daxil olmaqla, bir neçə futbolçunun komandadan göndərilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Çingiz Öndər "Roma"ya 2017-ci ildə Türkiyənin "Başakşəhər" komandasından transfer olunub.

Müəllif: Ayna.az