MAQATE rəhbərinin Rusiyaya mümkün səfərinin vaxtı açıqlanıb

Dünya

29.02.2024 - 14:32

“Rosatom”un baş direktoru Qrossini martın 6-da Rusiyaya gələcəyinə ümid edir

“Rosatom”un baş direktoru Aleksey Lixaçev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossinin martın 6-da Rusiyaya səfər edəcəyinə ümidlidir. AYNA “İnterfaks”a istinadən bildirir ki, bu barədə Lixaçev deyib.

Qrossinin martın 6-da Rusiyaya rəsmi səfər etməyi planlaşdırıb- planlaşdırmaması sualına cavab verən “Rosatom”un baş direktoru buna ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, fevralın 8-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov MAQATE rəhbərinin qarşıdakı səfərinin “Rosatom” dövlət korporasiyası vasitəsilə həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Diplomat əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyində (XİN) də Qrossi ilə görüş planlaşdırılır.

Xatırladaq ki, MAQATE rəhbəri daha əvvəl xəbərdarlıq edib ki, “Rosatom”a qarşı sanksiyalar Qərb ölkələrinin nüvə sənayesini çıxılmaz vəziyyətə salacaq.

Müəllif: Ayna.az