"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

İdman

23.11.2022 - 03:17

Qarşılıqlı razılıq əsasında əməkdaşlıq dayandırılıb

İngiltərənin “Mançester Yunayted” klubu Kriştianu Ronaldu ilə müqaviləni pozub. AYNA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

O, 2021-ci ildə İtaliyanın “Yuventus” klubundan “Mançester Yunayted”ə keçib.

İngiltərə klubunda ümumilikdə 346 görüş keçirən Ronaldu 145 dəfə qapılara yol tapıb.

Müəllif: Ayna.az