Telefon danışığı təxminən 1 saat 45 dəqiqə davam edib
Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
AyNA xarici mediaya istinadən bildirir ki, Ukraynadakı vəziyyətin müzakirə edildiyi telefon danışığı təxminən 1 saat 45 dəqiqə davam edib.
Qeyd edilir ki, bu, son 10 gün ərzində V.Putin və E.Makron arasında baş tutan artıq dördüncü telefon danışığıdır.