Makron: “Ukraynaya kütləvi zərbələr müharibənin xarakterini dəyişir”

Dünya

11.10.2022 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

Fransa lideri hərbi və diplomatik müşavirlərini toplayaraq vəziyyəti təhlil edəcək

“İşğalçı ölkənin bu cür addımları müharibənin xarakterində dərin dəyişiklikdən xəbər verir”. AYNA “Bloomberg”ə istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya kütləvi raket zərbələri endirməsinə münasibət bildirərkən deyib.

Fransa lideri qeyd edib ki, Parisdə hərbi və diplomatik müşavirlərini toplayaraq vəziyyəti təhlil edəcək.

Xatırladaq ki, Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə son hadisələri müzakirə edib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın Ukraynaya irimiqyaslı raket zərbələri nəticəsində 19 mülki şəxs həlak olub, 105 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş