Mahmud Abbas Rusiyaya səfər edəcək

Dünya

28.06.2024 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: “Biz onu gözləyirik və bu səfərin tarixini vaxtı gələncə açıqlayacağıq”

“İndi Fələstin lideri Mahmud Abbasın Rusiyaya səfəri hazırlanır. Səfər tarixi açıqlanacaq”. AYNA xəbər verir ki, bu sözləri TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən də, bu səfər hazırlanır. Biz onu gözləyirik və bu səfərin tarixini vaxtı gələndə açıqlayacağıq”, – o, Abbasın yayın sonuna qədər Rusiyaya səfər edib-etməyəcəyi barədə suala cavabında deyib.

Müəllif: Ayna.az