Magistr olmaq istəyənlərə xəbər var

Xəbərlər

13.02.2023 - 12:06

cedabet dərman SEO Xidməti

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına qəbul imtahanı (I cəhd) fevralın 19-da keçiriləcək. Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=73 linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş