Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək

Dünya

14.04.2025 - 20:09

Həkimlər Klinikalar SEO Xidməti

“Avropa İttifaqından bir neçə həmkarımız bu tələblərə qoşulub, amma biz bunu heç bir şəkildə dəstəkləməyəcəyik”

“Macarıstan enerji təchizatı sahəsində Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Lüksemburqda Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdən sonra deyib.

Nazir görüşdə Rusiyaya qarşı böyük 17-ci sanksiyalar paketi layihəsinin müzakirə olunduğunu və tədbirə videobağlantı vasitəsilə qoşulan Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Rusiyanın enerji resurslarına və nüvə sənayesinə qarşı sanksiyaların tətbiqini tələb etdiyini” vurğulayıb: “Avropa İttifaqından bir neçə həmkarımız bu tələblərə qoşulub, amma biz bunu heç bir şəkildə dəstəkləməyəcəyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş