Macarıstan Aİ-nin Ukraynaya yardım paketinə veto qoyub

Dünya

07.12.2022 - 07:50

Nazir: “Macarıstan maliyyə tənzimləməsinin dəyişdirilməsinin tərəfdarı deyil”

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənn maliyyə nazirləri görüşüb.

AYNA xəbər verir ki, iclasda AB birlik fondu tərəfindən Macarıstana ayrılan 7,5 milyard avroluq vəsaitin dondurulması, bu ölkəyə koronavirusla mübarizədə dəstək üçün ayırılan 5,8 milyard avroluq vəsait müzakirə edilib.

Həmçinin gələn il Ukraynaya 18 milyard avroluq maliyyə dəstəyi paketi kimi məsələlər də müzakirə edilib.

Macarıstanın maliyyə naziri Mihaly Varga toplantıda “Macarıstan maliyyə tənzimləməsinin dəyişdirilməsinin tərəfdarı deyil” sözlərini işlədərək AB-nin Ukraynaya dəstək paketinə veto qoyub.

Macarıstanın vetosundan sonra heç bir irəliləyiş əldə edə bilməyən AB-nin maliyyə nazirləri korporativ vergi islahatı ilə bağlı beynəlxalq səviyyədə dəstəklənən saziş də daxil olmaqla üç əsas səsverməni təxirə salmaq qərarına gəliblər.

İclasdan sonra verdiyi açıqlamada, AB-nin Dövriyyə Başçısı Çexiya Maliyyə Naziri Zbynek Stanjura, Ukraynaya 18 milyard avroluq maliyyə dəstəyi paketinin təsdiqlənmədiyini bildirib.

Müəllif: Ayna.az