Zelenski Ksavye Bettel ilə humanitar vəziyyətdən danışıb
Lüksemburq Ukraynaya 250 milyon avro yardım ayırıb. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter" səhifəsində məlumat verib.
“Ölkənin böyüklüyünü onun hərəkətləri sübut edir. Mən Lüksemburqun baş naziri Ksavye Bettel ilə humanitar vəziyyətdən danışdıq. Ona, 250 milyon avro yardıma, sanksiyalar siyasətində liderliyə, ukraynalı qaçqınlara dəstəyə görə təşəkkür etdim”, - Zelenski "Twitter"də yazıb.
O, həmçinin Bettellə Ukraynanın Avropa İttifaqı yolunda növbəti addımlarını müzakirə edib.