Lüksemburq Rusiyanın aktivlərini dondurub

Dünya

30.03.2022 - 03:16

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın 2,5 milyard avro dəyərində aktivləri dondurulub

Lüksemburqun Maliyyə Nazirliyi Rusiyaya məxsus 2,5 milyard avro dəyərində aktivləri dondurduğunu açıqlayıb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.

“Nazir Yuriko Bakes Aİ-nin Rusiyaya qarşı sanksiyalarının Lüksemburqda tətbiqi prosesi barədə parlament məlumatlandırıb. Bu günə qədər Lüksemburqda Rusiyanın 2,5 milyard avro dəyərində aktivləri dondurulub”, - nazirliyin “Twitter” səhifəsində qeyd edilib.

Xatırladaq ki, Ukraynaya hərbi müdaxilədən sonra bir çox ölkələr Rusiyanın aktivlərinin dondurulduğunu elan edib. Rusiyanın maliyyə naziri Anton Siluanovun sözlərinə görə, bu, təxminən 300 milyard dollardır və Rusiyanın qızıl-valyuta ehtiyatlarının təxminən yarısına bərabərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş