Liz Trass: “Qərblə Çin arasında yeni “soyuq müharibə” başlayıb”

Dünya

17.05.2023 - 17:28

“Pekin azad dünyanın tənəzzüldə olduğunu görmək istəyən digər ölkələrlə artıq ittifaqlar qurub"

Böyük Britaniyanın keçmiş Baş naziri Liz Trass Tayvana səfəri zamanı deyib ki, Qərb Çinlə yeni “soyuq müharibə”yə başlayıb. AYNA xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

"Çin donanmasını həyəcanverici sürətlə qurur və sülh dövründə ən böyük hərbi quruculuğu həyata keçirir", deyə sabiq Baş nazir əlavə edib.

Onun sözlərinə görə, Pekin "azad dünyanın tənəzzüldə olduğunu görmək istəyən digər ölkələrlə artıq ittifaqlar qurub".

Trass Çini "uzunmüddətli perspektivdə Böyük Britaniya üçün ən böyük təhlükə" adlandıran varisi, hazırkı İngiltərə Baş naziri Rişi Sunakın sözləri ilə də razılaşdığını söyləyib.

Müəllif: Ayna.az