Köməksiz vəziyyətdə qalan 3 miqrant xilas edilib
Liviyada dəniz sahillərində 27 miqrantın meyiti aşkarlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, cəsədlər Liviya Qırmızı Aypara Təşkilatının əməkdaşları tərəfindən tapılıb. Köməksiz vəziyyətdə qalan üç miqrant isə xilas edilib. Xilas olunan miqrantlara tibbi yardım göstərilib.
Təşkilatın yaydığı məlumata görə, biri körpə olmaqla 17 cəsəd əl-Alus rayonundakı sahildə, ikisi qadın olmaqla daha 10 cəsəd həmin rayonun digər sahilində aşkarlanıb.