Livandakı “Hizbullah” bazası vurulub

Dünya

14.04.2024 - 13:18

İsrail qırıcıları Livanın cənubundakı bazaya zərbələr endirib

İsrail qırıcıları Livanın cənubunda “Hizbullah” hərəkatının bəzi hərbi obyektlərinə zərbələr endirib. AYNA xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Cbaa şəhəri ərazisində “Radvan” təxribat bölməsi qüvvələrinin bir sıra hərbi hədəflərinə hücum edib”, - bəyanatda deyilir.

Bundan əvvəl “Hizbullah” Qolan təpələrində İsrail ordusunun üç bazasına onlarla “Katyuşa” raketinin atılmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Müəllif: Ayna.az