Livan İsrailin "Hizbullah"a qarşı hava hücumlarında 356 itki verib

Dünya

24.09.2024 - 10:54

cedabet dərman SEO Xidməti

Ölənlər arasında təcili yardım işçiləri də var: 1000 nəfər yaralanıb

İsrailin 23 sentyabr tarixində Livandakı Hizbullah hədəflərinə qarşı kütləvi hava hücumları nəticəsində 24-ü uşaq olmaqla, azı 356 nəfər həlak olub. AYNA xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abiad Beyrutda keçirdiyi mətbuat konfransında bildirib.

Bildirilib ki, ölənlər arasında təcili yardım işçiləri də var. Daha 1000 nəfər yaralanıb.

Abiad ölkənin müharibədən əziyyət çəkən bölgələrindən minlərlə ailənin daha təhlükəsiz bölgələrə qaçmaq məcburiyyətində qaldığını söyləyib.

Eyni zamanda, livanlı nazir iddia edir ki, “bir həftədən az müddətdə” təxminən 5 min insan İsrailin atəşə tutması nəticəsində yaralanıb. Təkcə peycerlərin kütləvi partlayışları zamanı təxminən 3 min insan yaralanıb. Livan hakimiyyəti hücumda İsraili günahlandırır.

Bu arada Livanın Hizbullah terror qruplaşması İsrailə raket zərbələri endirməkdə davam edir. Eyni zamanda, İsrail mediasının məlumatına görə, 2023-cü il oktyabrın 7-də hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə olaraq uzaq mənzilli raketlərdən istifadə edilir. İsrail tərəfdən ölən və ya yaralananlar barədə məlumat verilməyib.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalant ölkə vətəndaşlarını sakit olmağa və nizam-intizamı qorumağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş